Xəbərlər
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya başsağlığı verdi
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan Respublikasının birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya başsağlığı verdi.
Başsağlığında deyilir: “Bakıda baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər məni son dərəcə sarsıtdı. Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim. Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir. Onların ailəsinə dərin hüznlə başsağlığı veririk.”