YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda konfrans keçirilib

YAP Qusar rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsini davam etdirir.

Növbəti tədbir Qusar rayon Heydər Əliyev Mərkəzində partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların iştirakı ilə keçirildi. "Ölkəmizin inkişaf prosesində qadınların rolu" mövzusunda keçirilən konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarınl fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad etdilər.

Konfransda YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova məruzə ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi və inkişaf yoluna cıxmasının bünövrəsi qoyuldu. Partiyanın həyatında qadın amilinin vacibliliyinə toxunaraq Heydər Əliyevin əsasını qoyduğu Dövlət qadın siyasəti, Yeni Azərbaycan Partiyasının yüksəlişində ölkə qadınlarının iştirakı,  YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevanın ictimai-siyasi xadim və bir qadın olaraq dövlət idarəçiliyindəki uğurlarından danışdı.

Sonra YAP Qusar rayon təşkilatının yaranmasında əməyi olan veteran xanımlar Maya Pirverdiyeva, Zalikə Xasmətova və Zərifə Məmmədova partiyanın yarandığı dövrdə yaşadıqları çətinliklərdən bəhs edərək, dahi şəxsiyyət Heydər Əliyev ilə YAP Qadınlar Şurasının ilk Qurultayında yaşanan təəssüratlarını bölüşdülər.

Ölkəmizdə qadın sahibkarlığına dövlət dəstəyi, yerli özünüidarəetmə sahəsində qadınların bu günkü mövqeyi haqqında çıxış edən Mucuq kənd bələdiyyəsinin sədri Tahirə Kazımova, fəal partiya üzvü Kamilə Nəcəfova və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Jalə Əmirbəyova respublikamızda Prezident İlham Əliyev tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan danışdılar.

Konfransda YAP sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olundu.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.