Xəbərlər
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı qardaş Türkiyə xalqına başsağlığı verib
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar qardaş Türkiyə xalqına başsağlığı verib.
Partiyanın rəsmi tvitter və feysbuk hesablarında paylaşılan başsağlığında qeyd edilib: “Qardaş Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərini böyük üzüntü ilə qarşıladıq.
Bu vandalizm aktının sifarişçiləri və icraçılarını şiddətlə qınayır, hiddətimizi ifadə edir, həlak olanların ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyir, hər zaman dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk.
Dünyada söz və nüfuz sahibi olan, milli hədəflərinə doğru əmin addımlarla irəliləyən Türkiyə dövlətinə qarşı istənilən təxribat cəhdi iflasa məhkumdur. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, xar olsun düşmənlər!”