Xəbərlər
Laçın şəhidini anır

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş Abbaslı Elgin Agayar oglunun şəhadətə qovuşmasının ildönümüdür. Torpaqlarımızın azadlıgı, ərazi bütövlüyümüzün bərpası ugrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Qəhrəmanımızın məzarı Laçın rayon ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət edildi.
Tədbirdə çıxış edən millət vəkili Mahir Abbaszadə, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, ziyalılar, agsaqqallar, ictimaiyyət nümayəndələri Şəhidin keçdiyi döyüş yolundan, 44 günlük Vətən müharibəsinin möhtəşəm qələbəsindən bəhs ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevn rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu yeni tarix yazdı. 30 ilə qədər düşmən tapdagında qalan dogma torpaqlarımız düşməndən təmizləndi, azad edildi.
Tədbirdə Laçın rayon 21 nömrəli tam orta məktəbin şagirdləri Qəhrəmanlarımıza həsr edilmiş şerlər söylədilər, kompozisiya nümayiş etdirildi.
Sonda şəhidin atası Agayar Abbasov çıxış edərək oglu Elgizin Qəhrəman övlad kimi Vətən ugrunda şəhid oldugu ilə qürur duydugunu bildirdi. Həmçinin şəhid ailələri, qazilər, döyüşçülərə göstərilən diqqət və qaygıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıgını bildirdilər.
Qeyd edək ki, Elgin Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açıb. 1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçüb, Sarıqaya qəsəbəsində məskunlaşıblar. Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanıb. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub və hərbi xidmətini davam etdirib. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət edib. MAHHXHQ əsgər Elgin Abbaslı 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak edib, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub, yaralıları döyüş meydanından çıxarıb. Noyabr aylarının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Elgin Abbaslı ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!