Xəbərlər
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası BMT Baş Məclisində müşahidəçi statusu almaq üçün müraciət edib
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənovun rəhbərliyi ilə bu qurumun nümayəndə heyətinin Nyu-Yorka səfəri çərçivəsində BMT-nin mənzil-qərargahında qəbul təşkil olunub.
TDƏŞ-dən bildiriblər ki, qəbulda BMT yanında daimi nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Mərasimdə Türk Şurası haqqında filmin nümayişindən sonra çıxış edən Ramil Həsənov TDƏŞ-in fəaliyyəti, onun BMT-nin müxtəlif qurumları ilə əməkdaşlığı barədə məlumat verib. O, Türk Şurasının BMT Baş Məclisində müşahidəçi statusu alması üçün müraciət etməsinin önəmini xüsusi vurğulayıb.
TDƏŞ nümayəndə heyətinin Nyu-Yorka səfərində qurumun layihə rəhbəri Zamin Əliyev və protokol şöbəsinin müdiri Əmrə Yurdakul da iştirak ediblər.