YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biz qardaş Özbəkistanın dəstəyini müharibə dövründə də, sonra da hiss edirdik

Biz qardaş özbək xalqının, şəxsən Özbəkistan Prezidentinin ölkəmizə və Azərbaycanın ədaləti bərpa etməsinə münasibətini çox yüksək qiymətləndiririk. Biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirdik.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdə bildirib.

İşğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünə görə özbəkistanlı həmkarına bir daha təşəkkürünü bildirən dövlətimizin başçısı deyib: “Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə Sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq”.

Ölkələrimizin son vaxtlar çox yaxınlaşdığını qeyd edən dövlətimizin başçısı bildirib ki, bu, əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri məcrasında baş verir.

“Yeddi ay ərzində üçüncü dəfədir ki, Özbəkistana səfər edirəm. Hər dəfə şəxsən Sizə və qardaş özbək xalqına böyük məhəbbətlə, böyük hörmətlə gəlirəm və burada olandan sonra Sizin rəhbərliyinizlə Özbəkistanın qazandığı böyük nailiyyətlər haqqında danışıram. Daşkəndi, Xivəni, Səmərqəndi ziyarət etmək kifayətdir. Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

DİGƏR xəbərlər Arxiv