YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Moldovanın hakim partiyalarının gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Moldovanın hakim partiyalarının gəncləri arasında əməkdaşlıq inkişaf etdirilir.

Moldova Respublikasının Parlamentində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasının gənc deputatları ilə görüş keçiriblər.

Görüşdə YAP-ın nümayəndələri Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti, dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı, eləcə də YAP Gənclər Birliyinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında qarşı tərəfə geniş məlumat veriblər.

Eyni zamanda tərəflər arasında gənclər sektoru üzrə birgə layihələrin həyata keçirilməsi, əməkdaşlıq imkanları və perspektivləri, o cümlədən gənclərin texnologiya və innovasiyalar üzrə bacarıqlarının artırılması istiqamətində təcrübə mübadiləsi müzakirə olunub.

Görüş iştirakçıları qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Öz növbəsində Bəxtiyar İslamov Moldova səfərindən xoş təəssüratlarını bölüşərək moldovalı gəncləri Azərbaycana dəvət edib.