YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

10 noyabr bəyanatı qələbəmizin təstiqidir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

10 noyabr Bəyanatının imzalanması ümumxalq birliyinin bariz nümunəsidir, təntənəsidir. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza seviniblər. Həmrəylik bizim ən böyük sərvətimizdir və dəyərimizdir. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.

Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur.

Xalqımız, Rəşadətli ordumuzla və Müzəffər Ali Baş Komandanla birgə, Şanlı Zəfərin ikinci dönümünü qeyd edir. Son günlər ordumuzun, Ali Baş Komandanımızın ünvanına ən xoş sözlər deyilir, ən gözəl ifadələr yazılır, xalq və hakimiyyət birliyi bir daha nümayiş olunur. Şəhidlərin əziz xatirələri anılır, qazilərə hörmət və ehtiram yüksək səviyyədə nümayiş etdirilir. Əminliklə deyə bilərik  ki, bundan sonra uzun illər, bəlkə də əsrlər boyu bu sevgi və ehtiram davam edəcək. Xalqımız və ölkəmiz var olduqca bu qələbənin səbəbkarları sayılıb, seviləcəkdir.

Müharibənin bitdiyi o gecə imzalanmış 10 noyabr bəyanatından artıq iki il ötür. Halbüki Ermənistan və havadarları vaxtında torpaqlardan çıxmaq haqqında müddəti ifadə etsəydilər bu müharibə, döyüş əməliyyatları bu qədər uzanmazdı. Ordumuz və Ali Baş Komandanın dəmir yumruğu və iradəsi Ermənistanın kapitulyasiya aktına imza atmasına səbəb oldu. Bu müasir dünyada hələ uzun illər rast gəlinməyəcək, müzakirələrə səbəb olacaq və üzərində təhlillər aparılacaq bir təslim aktı idi. Rəşadətli ordumuz ərazimizi bərpa edərək BMT-nin dörd qətnaməsini yerinə yetirmişdir. Bu gün dünyanın ədalət yanaşmasına baxsaq belə çıxır öz məsələmizi özümüz həll etməsə idik, torpaqlarımızın işğalı davam edəcəkdi.

Mühüm bəyanatın imzalanması qələbəmizin şərtsiz olduğunu özündə ehtiva edir. Bunu Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır. Ötən iki il ərzində işğaldan azad olunan rayonlarımizda yenidənqurma işlərinə başlanılıb.Əsas məsələ olan status məsələsi ümumiyyətlə gündəmdən bir dəfəlik çıxarılmışdır.

Bu Zəfər iki yüz ildir davam edən məğlub xalq sindromunu sındırdı və xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin  həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Xalqımız qazanılmış Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Ordumuza xüsusi sevgi və hörmət bəsləyir.