YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Aparılan siyasətin əsas hədəfi regionda marağı olan ölkələrlə münasibətdə tarazlığı qorumaqdır

“ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Uorlikin münaqişənin həlli ilə üçün məqbul olan prinsiplərlə bağlı bəyanatı əslində uzunmüddətli müzakirələrin nəticəsi olaraq qəbul edilib. Ermənistanın bununla bağlı hay-küyü yersizdir. ABŞ-dan olan vasitəçinin bəyanatı ermənilər üçün sadəcə sttaus-kvonu uzatmaq üçün bir bəhanədir”. Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib.

Deputatın sözlərinə görə, Ermənistan heç vaxt beynəlxalq müşahidəçilərin missiyasına ciddi önəm verməyib. “Ermənilər üçün Uorlikin açıqlaması sadəcə status-kvonu uzatmaq üçün bir bəhanədir. Fikirmcə, bundan sonra digər iki həmsədr də regionda baş verən son hadisələri nəzərə alaraq mövqelərinə aydınlıq gətirəcəklər”.

Hazırkı mürəkkəb geosiayasi vəziyyətdə rəsmi Bakının tutduğu mövqeyin doğru olduğunu bildirən deputat vurğulayıb ki, Prezident İlham Əliyevin əsas hədəfi Azərbaycanın heç bir kənar maraqlardan asılı olmayaraq müstəqil siyasət yürütməsi və güclənməsidir.

«İndiki məqamda Azərbaycan düzgün mövqe tutub. Hesab edirəm ki, bu gün Azərbaycanda aparılan siyasətin əsas istiqamətlərindən biri ölkəni gücləndirmək və regionda marağı olan ölkələrlə münasibətdə tarazlığı qorumaqdır»- deyə, F.Muradov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv