YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Oqtay Əsədovun Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçlə görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir

Mayın 19-da Milli Məclisin sədri Oqtay Əsədov Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçlə görüşmüşdür.

Prezident İvo Yosipoviç dövlətlərimizin strateji tərəfdaş olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfəri dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə təkan vermişdir. Səfər zamanı ölkələrimiz arasında bir sıra sənədlər imzalanmış və Zaqreb Bəyannaməsi qəbul olunmuşdur. Xorvatiya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. Prezident İvo Yosipoviç ümidvar olduğunu bildirmişdir ki, Milli Məclisin nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərin daha da inkişaf etməsinə yeni impuls verəcəkdir.

Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin parlamentlərarası əməkdaşlığın dərinləşməsinə yeni töhfə verəcəyinə inandığını söyləmişdir. Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri iqtisadi əlaqələrin də yaxın zamanlarda yüksələcəyinə əminliyini ifadə etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr Xorvatiya Respublikasının da müstəqillik əldə etdikdən sonra oxşar problemlə üzləşdiyini xatırlatmışdır. Prezident İvo Yosipoviç Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın problemin sülh yolu ilə həll olunmasında səylərini dəstəklədiyini, hərb yolunun bu cür məsələləri daha da mürəkkəbləşdirdiyini vurğulamışdır.

 

DİGƏR Xəbərlər Arxiv