YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Prezident İlham Əliyev cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib. Prezident İlham Əliyev qeyd edib ki, ikinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu və tarixi ədaləti bərpa etdi. 

“Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” fikirlərini söyləyən Prezident İlham Əliyev Ermənistanın sərhəddə yeni təxribatlar törətməkdə davam etdirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb.

Eyni zamanda 44 günlük Vətən müharibəsinin başa çatmasından ötən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşının mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Bu gün Ermənistanın bu cinayətlərinə dünyanın hələ də ciddi reaksiya verməməsi təəssüf doğurur. Ermənistana təzyiq göstərməməklə görün dünya, beynəlxalq aləm Azərbaycanı necə dəhşətli faciə ilə üz-üzə qoyub. Dünya birliyi haqdan-ədalətdən danışır, lakin Ermənistana təzyiq etmirlər, ərazilərimizin minalardan təmizlənməsinə dəstək göstərmirlər.

Ümumilikdə nəzər yetirsək görərik ki, Ermənistan istər 30 illik işğal dönəmində, istərsə də postmünaqişə dövründə qeyri konstruktiv mövqe nümayiş etdirmişdir.

Ermənistan bu cür təxribatları ilə Beynəlxalq Hüququn norma, prinsiplərini bu gündə kobut şəkildə pozmaqdadır və gec tez bu çirkin əməllərinə görə cavab verməli olacaqdır.