YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan 44 günlük Vətən müharibəsindən nəticə çıxarmalıdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda geniş məzmunlu çıxışı ilə yadda qalıb. Cənab İlham Əliyev xüsusən Ermənistanın işğalçılıq siyasəti və hərbi cinayətləri, Azərbaycanın sülh təşəbbüsləri və bir sıra mühüm  məsələlər haqqında fikirlərini bildirib. Bu çıxışla dövlət başçısı Ermənistanın 30 il davam edən düşmənçilik, işğalçılıq siyasəti və onun nəticələri haqqında beynəlxalq tribuna vasitəsilə bir daha dünyaya çatdırdı.

Ümumiyyətlə Ermənistanın 30 illik işğalçılıq siyasəti nəticəsində Azərbaycana külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilmiş, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilmiş, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulmuşdur. Son otuz il ərzində Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq, Ermənistanın havadarları münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün əllədrindən gələni edirdilər. Elə buna görə də ATƏT-in Minsk qrupu 30 il ərzində problemin hərbi yolla həllinə imkan vermirdi. Ancaq cənab İlham Əliyevin də dediyi kimi Azərbaycan öz müqəddəratını özü həll edə biləcək gücdə olan bi dövlətdir. Məhz sentyabrın 27-də baş verən sonuncu təxribatdan sonra Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında cavab tədbirləri həyata keçirdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının kapitulyasiyası ilə başa çatdı.

Ermənistan hal-hazırda növbəti bir ağrılı proses yaşayır. Onlar üçün sülhdən başqa çıxış yolu yoxdur. Cənab Prezidentin də çıxışlarında vurğulağı kimi, qarşılıqlı münasibətlərin bərpası Ermənistanda bundan sonrakı proseslərdən, bu ölkə hökumətinin sülh gündəliyi ilə bağlı planlarından asılı olacaq. Ermənistan 44 günlük Vətən müharibəsini dərindən təhlil etməli və bu şansı əldən verməməlidirlər. Çünki bu, onlar üçün sonuncu şans olacaq. Cənab İlham Əliyevin hər zaman verdiyi vədlərə sadiq olub. Odur ki, istər sıravi ermənilər, istərsə də rəsmi İrəvan Azərbaycan Prezidentinin mesajlarını, çağırışlarını düzgün dəyərləndirməlidir.Yoxsa gec olcaaq.