Xəbərlər
Bəhanələrə son qoyulmalıdır
Bosniya və Herseqovinanın “Stav” jurnalının internet səhifəsində “İlham Əliyev: Zəngəzur dəhlizi Qafqazı ticarət qovşağına çevirəcək” başlıqlı məqalə dərc edilib.
Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasının regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcəyini qeyd etdiyi vurğulanır. Dövlətimizin başısının Qarabağın tarixən Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olduğunu bildirdiyi, ölkəmizin tarixi ədaləti ‒ ərazi bütövlüyünü bərpa etdiyini, xalqımızın doğma torpaqlara – Qarabağa əbədi yaşamaq üçün qayıtdığını diqqətə çatdırılır.
Məqalədə Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının, Qarabağın və Şərqi Zəngəzurun ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsinin qarşıda duran ən mühüm məqsədlərdən olduğu qeyd edilir. Azərbaycan bütün gücünü bu ali məqsədi uğurla reallaşdırılmasına yönəltdiyi vurğulanıb.
Yazıda bildirilib ki, Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərdən yayınmaq cəhdlərinə görə tənqid edib. Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına istinad edilərək qeyd olunub ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil və dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır.
Azərbaycanın tərkib hissəsi olan Zəngəzur bölgəsinin 1920-ci illərdə sovetlər tərəfindən Ermənistana verildiyi və nəticədə Azərbaycanın Naxçıvanla birbaşa quru yolundan məhrum edildiyi bildirilir. Vurğulanır ki, Zəngəzur dəhlizi ilə Azərbaycan əsas diqqəti avtomobil yolları və 43 kilometrlik dəmir yolunun tikintisinə yönəldib.