YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhün uduzanı olmaz

Qətərin nüfuzlu “Əl Cəzirə” telekanalının saytında Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatları haqqında xəbər yayımlanıb.

AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla münasibətləri normallaşdırmaq üçün açılan fürsət pəncərəsini dəyərləndirməyə çağırıb. O əlavə edib ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşdırma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir.

Xəbərdə bütün tərəflərin yaranmış fürsətdən istifadə etməli olduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub: “Hər zaman söylədiyim kimi, sülhün uduzanı olmaz. Yeganə məqsədimiz bölgəmizin firavan gələcəyini inşa etməkdir”, -deyə Türkiyənin dövlət başçısı bildirib.

Sonda diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə liderləri işğaldan azad olunmuş Zəngilanda Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər.