Xəbərlər
Şəhidin məzarı ziyarət olunub
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Vətən müharibəsi şəhidi Baxşəliyev Natiq Saleh oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin iştirakı ilə dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.