YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqik

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşündə iki ölkə arasında əlaqələrin dinamik inkişafından bəhs edərək qeyd etmişdir:  “Bizim ölkəmiz haqqında səmimi sözlərinizə, xalqlarımız, dövlətlərimiz arasında münasibətlərə verdiyiniz qiymətə görə sağ olun. Mənə və bizim nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə və Çin Xalq Respublikasının quruculuq və tərəqqi yolu ilə sürətli inkişafının bir daha şahidi olduğuma görə çox şadam. 

Mən 9 il bundan əvvəl Şanxayda olmaq imkanı qazandım. Bu şəhər o vaxt da çox güclü təsir bağışlamışdı. Bu gün isə Şanxay buraya gələn hər bir insanı özünün inkişafı, Çin xalqının son illərdə nail olduğu dəyişikliyin möhtəşəmliyi və miqyası ilə valeh edir. Mənim atam, Azərbaycanın böyük oğlu, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev haqqında səmimi sözlərinizə görə də çox təşəkkür edirəm. Onun həyat və fəaliyyəti haqqında kitabın Çin dilində nəşr edilməsi böyük ehtiram əlamətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk və buna görə Sizə çox təşəkkür edirik.”

Dövlət başçımız daha sonra qeyd etmişdir ki, Azərbaycan Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqdir: “Biz bu əməkdaşlığı inkişaf etdirmək, dərinləşdirmək istəyirik və bu istiqamətdə konkret addımlar atmağa hazırıq. Siz beynəlxalq qurumlarda bizim bir-birimizi qarşılıqlı dəstəkləməyimizi qeyd etdiniz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Sizin ölkənizi Birləşmiş Millətlər Təşkilatında həmişə dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir.”

 

 

 

DİGƏR Xəbərlər Arxiv