YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni eranın başlanğıcı

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycanda hakimiyyətə gəlməsi dövlətçilik tariximizdə tamamilə yeni bir eranın başlanğıcı oldu. Bu tarixi mərhələ həm də ötən hər günü ilə bizi böyük qələbəmizə yaxınlaşdran xüsusi bir mərhələ kimi səciyyələndirilməlidir. Özlüyündə isə İlham Əliyevin hakimiyyəti əslində biri digərinin davamı olan və biri-birini tamamlayn iki dövrdən ibarətdir. Birinci dövr strateji inkişaf, islhatlar, sosial rifah, sənayeləşmə, beynəlxalq logistika və kommunikasiyaların yaradılması eyni zamanda tarixi qələbəmizi təmin etməli olan hərbi-siyasi və strateji diplomatiya dövrüdür. Bu dövrün digər səciyyəvi cəhəti milli mənəvi dəyərlərin və vətənpərvərliyin təntənəsi, siyasi və mənəvi varisliliyin təmin edilməsi, milli enerjinin vahid milli maraqlar ətrafında səfərbər edilməsidir. Şübhəsiz ki, sadalanan komponentlərin hər biri milli gücün kəmiyyət və keyfiyyət komponentləri baxımından əsas strateji komponentlər kimi çıxış edir. Onaların həyata keçirilməsi isə bir siyasi liderdən fövqəladə bacarıq və ümumi milli rəğbət tələb edir. Prezident İlham Əliyev məhz öz xalqından aldığı güc və əlahiddə siyasi liderlik keyfiyyətləri ilə bu tarixi vəzifələrin öhdəsindən gəlməyi bacardı.

İkinci dövr 44 günlük Vətən müharibəsi və ondan sonra başlayan tamailə yeni bir tarixi dövrdür. Bu dövrün tarixiliyi ondan ibarətdir ki, hər şeydən öncə əldə etdiyimiz qələbə son iki yüzillik hərbi-siyasi tariximizin ən strateji əhəmiyyətli və ən irimiqyaslı qələbəsi idi. Buna görə də dövlətçilik tariximizdə yeni bir mərhələ yaratmaqla yeni strateji çağırışlar və vəzifələr müəyyənləşdirdi. Milli psixologiya və mənəviyyatımızda elə dərin keyfiyyət dəyişikliklərinə səbəb oldu ki, milli xarakterimizi və mentalitetimizi yenilədi. Yəni bizi qalib xalqa çevirdi. Təkcə bir cümlə kifayətdir ki, Prezident İlham Əliyevin xalqımız üçün nə qədər böyük tarixi işlər gördüyünü dərk edək! Ona görə də hakimiyyətə gəldiyi 2003-cü ildən bu günə qədər gördüyü işlər, həyata keçirdiyi strateji tarixi vəzifələrlə İlham Əliyev özü böyük tarixi şəxsiyyətə çevrildi! Hazrda İlham Əliyevin qurduğu Yeni Qalib Azərbaycan təkcə dünya azərbaycanlıları üçün deyil, bütün türk-müsəlman dünyası üçün cazibə mərkəzi və yeni rol - modeldir.