Xəbərlər
“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib
“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Bərdə regional “ASAN xidmət” mərkəzində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının nümayəndəsi, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva dövlət qulluğuna və dövlət orqanlarına olan inam və etimadın gücləndirilməsi məqsədilə dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələrininin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatında sədr müavini Elməddin Əsgərxanov, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsiyyə Abbaszadə və inzibati ərazi dairələri üzrə nümayəndələr, Bərdə regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Hacıyev, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli və Bərdə regional “ASAN xidmət” mərkəzinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətinin rəisi Məftunə Əfəndiyeva, vətəndaşların hüquqlarının təminatı sektorunun baş məsləhətçisi Bəhruz Abdullayev, uçot sektorunun baş mütəxəssisi Azadə Həsənova etik davranış qaydalarının əsas prinsip və məqsədlərindən danışıblar.
Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.