YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan işğaldan azad olunan rayonlarda irimiqyaslı infrastruktur layihələri həyata keçirir

“Ötən həftə BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Qeyd edək ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.” Bunu Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

Asif Əsgərli Prezident İlham Əliyevin təklifi ilə Forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib: “Cənab Prezidentin bu və digər istiqamətlərdə təşəbbüskarlığı təqdir olunur. Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyasına ev sahibliyi etməklə, eyni zamanda Ermənistanın işğalçılıq siyasətini və vandalizm əməllərini dünyanın tanınmış ictimai-siyasi xadimlərinə əyani göstərmiş oldu. Cənab Prezidentin Forumun açılışında qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. “İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər”,-deyə ölkə başçısı əlavə edib. Bununla dövlətimizin başçısı beynəlxalq ictimaiyyəti Azərbaycan xalqının humanitar fəlakətinə göz yummamağa çağırıb”.

YAP rəsmisi deyib ki, postmünaqişə dövründə Azərbaycan dövlətinin şəhərsalma ilə bağlı gördüyü işlər forum iştirakçıları tərəfindən təqdirəlayiq olaraq qiymətləndirilib: “Azərbaycan işğaldan azad olunan rayonlarda irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Artıq  Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Yaxın zamanlarda Zəngilan Beynəlxalq Hava Limanının açılışı gözlənilir. Eyni zamnda Laçında Beynəlxalq Hava Limanı tikilir. Bütün bunlarla yanaşı, bu ərazilərin nəqliyyat-kommunikasiya şəbəkəsi yenidən qurulur. Dövlətimiz Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması üçün müasir şəhərsalma işini uğurla icra edir”.

DİGƏR Xəbərlər Arxiv