Xəbərlər
Ən ali, müqəddəs sözdü şəhidlər!
Tərtər rayonu Borsunlu kəndindən olan şəhid Məmmədov Elman Bəhman oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, partiya fəalları, ictimaiyyət nümayəndələri və kənd sakinləri şəhidin ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Elman Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.