Xəbərlər
Antoni Blinken: Təklif olunmuş sülh müqaviləsi üzrə danışıqları sürətləndirmək vacibdir
Təklif olunmuş sülh müqaviləsi istiqamətində Azərbaycan və Ermənistan arasında danışıqları sürətləndirmək və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirmək vacibdir.
Bu fikri ABŞ-ın dövlət katibi Antoni Blinken oktyabrın 4-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə apardığı üçtərəfli telefon danışığı zamanı bildirib.
Üçtərəfli telefon danışığında normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.