Xəbərlər
AŞ PA prezidenti mayın 22-də Azərbaycana səfərə gəlir
Avropa Şurası Parlament Assambleyasının prezidenti An Brassör mayın 22-də Azərbaycana səfərə gəlir.
AŞ PA-nın rəsmi saytında yerləşdirilmiş məlumata görə, A.Brassör AŞ PA Daimi Komitəsinin iclası çərçivəsində Bakıda yüksək səviyyəli danışıqlar aparacaq.
Məlumatda qeyd olunur ki, mayın 22-də A.Brassör Azərbaycanın rəhbərliyi və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
Mayın 23-də isə AŞ PA prezidentinin Baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
A.Brassör səfərin yekunlarına dair mayın 23-də mətbuat konfransı keçirəcək.