YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Əminəm ki, bu səfərin nəticələri çox uğurlu olacaq və əldə edilmiş razılaşmalar mütləq yerinə yetiriləcək

Prezident Radev bu gün müzakirə olunan məsələlər haqqında geniş məlumat verdi. Öz tərəfimdən onu əlavə etmək istərdim ki, bizim həm təkbətək söhbətimiz, həm də nümayəndə heyətlərinin iştirakı ilə gedən müzakirələrdə səmimi şəraitdə bir çox məsələlər müzakirə edildi. Əminəm ki, bu səfərin nəticələri çox uğurlu olacaq və bu gün əldə edilmiş razılaşmalar mütləq yerinə yetiriləcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında deyib.

Xüsusilə 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.

“Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir”, - deyə Prezident İlham Əliyev bildirib.