Xəbərlər
Apreldə BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql edilib
Bu ilin aprelində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 337 min 542 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirilib ki, yanvar-aprel aylarında bu kəmərlə 9 milyon 559 min 744 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il mayın 1-ə kimi BTC-yə 273 milyon 399 min 590 ton neft vurulub.
Ötən ay BTC kəməri ilə 233 min 718 ton Qazaxıstan və 350 min ton Türkmənistan nefti nəql olunub.