YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazirin müavini, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Əli Əhmədov sentyabrın 20-də Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

DİGƏR Xəbərlər Arxiv