Xəbərlər
Onlarla fəxr edirik
Milli Məclisin deputatı Məşhur Məmmədov və Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov senytabrın 12-dən 13-nə keçən gecə erməni təxribatının qarşısının alınması zamanı yaralanan Masallı rayonundan olan hərbçiləri Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ziyarət ediblər.
Görüşdə Məşhur Məmmədov və Araz Əhmədov Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan bəhs edərək, hərbiçilərimizlə fəxr etdiklərini bildirib, onlara tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını diləyiblər.
Sonra yaralı hərbiçilərimizin problemləri və onları narahat edən məsələlər dinlənilib.
Yaralı hərbiçilərimiz onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.