Xəbərlər
Mikayıl Cabbarov: Neftçilər Günü Ümummilli Liderimizin neftçilərin əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür
Ölkəmizdə Neftçilər Gününün təsis edilməsi ümummilli liderimiz Heydər Əliyevin neftçilərin əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Azərbaycanda tarixi ənənələrə malik neft-qaz sənayesinin inkişafında bu şərəfli peşə sahiblərinin əzmkarlığı və zəngin təcrübəsi əldə edilmiş mühüm nailiyyətlərlə səciyyələnir. Neftçilər Günü münasibətilə bütün neftçilərimizi təbrik edir və uğurlar arzulayıram”, - deyə nazir vurğulayıb.