YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya bilir və bilməlidir!

Biz Ermənistanla əlaqələrimizin yaxşılaşdırılması üçün xüsusi nümayəndələr təyin etdik. Amma Azərbaycanın iştirakı olmadan bu prosesin davam etməyəcəyini Ermənistan da, bütün dünya da bilir və bilməlidir. Çünki bölgədə tam sülh istəyiriksə, bütün ölkələr arasındakı problemlərin aradan qaldırılması vacibdir.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ifadə edib.

Nazir bildirib: “Azərbaycan torpaqları 30 il işğal altında olub. Diplomatik səylər, Minsk qrupu, beynəlxalq sistem və ya əsas beynəlxalq aktorlar ötən 30 il ərzində işğal olunmuş torpaqları geri almaq üçün heç nə etmədilər. Sonda Azərbaycanın səbiri tükəndi və Ermənistanın törətdiyi təxribatlara cavab olaraq Vətən müharibəsinə başladı və Qarabağ Zəfərini əldə etdi. Can Azərbaycanın qəhrəman Ordusu öz torpaqlarını geri aldı. Əslində, bununla sülh və rifah üçün bir fürsət yarandı. Lakin Ermənistan onu seçmək əvəzinə, daim təxribat törədir”.

Dünən axşam saatlarından etibarən Ermənistanın yenə də təxribatlara əl atdığını xatırladan nazir Azərbaycanın buna cavab verdiyini bildirərək deyib: “Əslində, Ermənistanın bundan dərs çıxarması, sülhü dəstəkləməsi lazımdır. Azərbaycan hərtərəfli sülh sazişi təklif edir. Biz bunu dəstəkləyirik. Birgə komissiya yaradılıb, sərhədlərin müəyyənləşdirilməsi, diqqətin buna yönəldilməsi lazımdır. Qarabağdan, Laçından çıxarkən hər yeri yandırıb viran qoydular. Hər bölgəni minaladılar. Onlar hər mühitdə pisliyin arxasınca düşürlər. Biz də Ermənistanla əlaqələrimizin yaxşılaşdırılması üçün xüsusi nümayəndələr təyin etdik. Amma Azərbaycanın iştirakı olmadan bu prosesin davam etməyəcəyini Ermənistan da, bütün dünya da bilir və bilməlidir. Çünki bölgədə tam sülh istəyiriksə bütün ölkələr arasındakı problemlərin aradan qaldırılması vacibdir. Bu mövzuda da əhəmiyyətli rol oynayırıq. Hər zaman dediyimiz kimi, can Azərbaycanın yanındayıq və bir daha deyirik, “Can Azərbaycan heç zaman tək deyil”.

DİGƏR Xəbərlər Arxiv