Xəbərlər
Yasamal rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,7 milyon manat ayrılıb
Prezident İlham Əliyev “Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,7 milyon manat ayrılıb.