Xəbərlər
Gürcüstan mətbuatı erməni təxribatından yazıb
Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatlar Gürcüstan mətbuatının diqqət mərkəzindədir. Gürcüstan mətbuatı bu barədə silsilə materiallar yayıblar.
İnterpressnews.ge, apsny.ge, 24news.ge, 24news.ge, aktual.ge, rustavi2.ge və digər xəbər portallarında yayılan materiallarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatına dair məlumatları yer alıb.
Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin başlıca səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Materiallarda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara Azərbaycan Ordusunun layiqli cavab verdiyi də xüsusi qeyd olunur.