YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda şəhidin xatirəsi yad olunub

Nizami rayonunda Vətən müharibəsi şəhidi Xəlili Samir Əhməd oğlunun xatirəsi yad olunub. Doğum günü ilə əlaqədar şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Sonra şəhidin məzunu olduğu 62 saylı məktəb-liseydə tədbir təşkil edilib.

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, Nizami Rayon Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Yəhya Ağayev, şəhidin müəllimləri, döyüş yoldaşları və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.

Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub.

Şəhid Samir Xəlilinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, Xəlili Samir Əhməd oğlu polis olmaq arzusuna çatmasa da, daha böyük zirvəni fəth edib, Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv