YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusu strateji nöqtələrdəki mövqelərini gücləndirir

Aradan illər keçməsinə baxmayaraq, 1992-ci ildə baş verən işğalın izlərini unutdurmayan Laçın şəhərində bəzi evlər yaşayış səviyyəsini saxlasa da, çox sayda məhv edilmiş və yararsız hala salınan evlər var. Artıq Azərbaycanın nəzarətinə keçən Laçında yerləşən Azərbaycan Ordusu həm bu bölgədəki strateji nöqtələrdəki mövqelərini gücləndirir, həm də minalardan təmizləmə fəaliyyəti həyata keçirir.

Türkiyənin Anadolu Agentliyinin Laçın rayonundan hazırladığı xüsusi reportaj bu ifadələrlə başlanır.

Məlumat verilir ki, yaxşı vəziyyətdə olan binaların əksəriyyəti şəhəri tərk edən ermənilər tərəfindən dağıdılıb. Şəhərin bir çox məhəllələri uzun müddət normal həyatdan məhrum olduğu üçün ot basıb.

İkinci Qarabağ savaşının nəticələrinə uyğun olaraq Ermənistanın imzalamağa məcbur olduğu kapitulyasiya aktı əsasında Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarıldığını xatırladan müəllif təəssüflə məlumat verir ki, ermənilər Laçın bölgəsinin əsas hissəsini 44 günlük Vətən müharibəsindən sonra minalayıb, bölgəni tərk edərkən evlərə od vurublar.

Reportaj bölgədən lentə alınmış orijinal videomaterial və fotolarla birlikdə türkdilli ictimaiyyətə təqdim olunub.