YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Dördüncü Brüssel görüşü də siyasi-diplomatik qələbəmizlə nəticələndi

Avqustun 31-də Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə keçirilən görüşü növbəti siyasi-diplomatik qələbəmiz kimi tarixə həkk oluNdu. Sayca dördüncü dəfə baş tutan Brüssel görüşü, Azərbaycanın öz istəyinə nail olması baxımından bir sıra məqamlarla yadda qaldı.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyevanın sözlərinə görə, görüşdən sonra yayılan bəyanat onu göstərir ki, Brüssel görüşündə ölkəmizin maraqları yüksək səviyyədə təmin olunub. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasətin, diplomatik məharətin nəticəsidir. Bütün dünya növbəti dəfə Prezident İlham Əliyevin qətiyyətinə şahidlik etdi.

“Artıq Ermənistan hakimiyyəti başa düşür ki, yersiz bəhanələrə və zaman uzatmaq cəhdlərinə yer yoxdur və götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Eyni zamanda dalana dirənmiş və ağır böhranın hökm sürdüyü Ermənistanın mövcud reallıqlları qəbul etməkdən başqa yolu da qalmayıb. Əks halda istər hərbi, istər siyasi, istərsə də diplomatik cəbhələrdə ağır məblubiyyətə uğramış Ermənistanın bir dövlət kimi varlığı sual altına düşə bilər”, - deyə. S.Vəliyeva vurğulayıb.