YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

3 sentyabr 1991-ci il təqvimi şanlı tariximizə qızıl hərflərlə yazılıb

Dünyanın siyasi xəritəsində kiçicik yer tutan Azərbaycanımız yalnız iqlim şəraiti, təbii sərvətləri, maddi nemətləri ilə deyil, eləcə də dünya ədəbiyyatı, mədəniyyəti, incəsənəti, dünya qəhrəmanlıq tarixinə, nəhayət dünya siyasət arenasına bəxş etdiyi nadir simalarına görə planetin ən böyük, qüdrətli sayılan ölkələrilə nəinki yarışa, hətta rəqabətə girib oradan qalıb çıxmağa qadir bir diyardır. Təbii ki, yuxarıda sadaladığım gerçəkliklərin tarixən kökləri nə qədər uzaqlara gedirsə də, onun siyasət aləmində tanınması, təşəkkül tapması yaxın dövrlərdən, daha doğrusu ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayır.

Bu bir reallıqdır ki, ümummili lider Heydər Əliyev ölkəmizin ən mürəkkəb, ağır vəziyyətində üzərinə götürdüyü xilaskarlıq missiyasına Naxçıvandan başlayıb. Azərbaycan xalqının böyük oğlu Naxçıvanın ən ağır, ən çətin vaxtlarında bu qədim Azərbaycan torpağına qayıtdı və Naxçıvanı təhlükədən qurtardı. Bu qayıdış eyni zamanda ölkəmizin  müstəqilliyi uğrunda mübarizədə yeni mərhələnin başlanğıcı oldu, desək yanılmarıq.

1991-ci il 3 sentyabr tarixində ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi və bu gün şanlı tariximizə qızıl hərflərlə yazıldı. Xalqın böyük dəstəyi ilə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi ilə dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşən Azərbaycanımızı bu təhlükədən xilas olmasında sanki bir ümüd yaratmış oldu. Azərbaycanımızın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının xilası, dirçəlişi və yüksəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

İstər SSRİ dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə ümummili lider Heydər Əliyev xalqın rifah halının daha da yaxşılaşdırılması, ölkəmizin dünya arenasında layiqli yer tutması, bütün sahələrdə uğurların əldə olunması istiqamətində mühüm işlər görüb. Məlum olduğu kimi 1990-cı ildə Azərbaycanda vəziyyət  olduqca ağır idi. Naxçıvanın da həmin dövrdə blokada şəraitində olması, Muxtar Respublikasının vəziyyətini daha da çətinləşdirirdi. 1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra Naxçıvanın üzərindəki qara buludlar dağılmağa başladı, Muxtar Respubliknın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, dönüş yarandı.

Qısa müddət sonra xalqın arzusu, istəyi, təkidli tələbi ilə Naxçıvandan Bakıya gələrək Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə ölkənin həm xarici, həm də daxili funksiyalarını öz üzərinə götürdü və qısa zamanda böyük inkşaf yolu keçdi. Xarici siyasətdə aparılan görüşlər, siyasi əməkdaşlıq istiqamətində əldə olunan nailiyyətlərlə yanaşı, bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan məkanında böyük iqtisadi uğurlara imza atdı. Əsrin neft kontraktı imzalandı, dünyaca məşhur şirkətlər investor kimi Azərbaycana sərmayə yatırdı, torpaq islahatı aparıldı və s. Elə bir sahə olmadı ki, həmin sahənin inkşafı istiqamətində hər hansı bir dövlət proqramı təsdiq olunmasın. Sevindirici haldır ki, siyasətin əsas qayəsini əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması təşkil edən dövlətimizdə bu inkşaf bu gündə ölkə rəhbəri, partiyamızın sədri İlham Əliyev tərəfindən uğurla aparılır və Azərbaycan dövləti çox böyük uğurlara imza atır. Təbii ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərimiz bu uğurların zirvəsində yer alır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi.

Əminlik, fəxr və qürurla deyə bilərik ki,bu gün Azərbaycan Dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə heç zaman olmadığı qədər güclüdür və müstəqil, azad, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.