Xəbərlər
Xəzər rayonunda minifutbol idman növü üzrə yarış keçirilib
Xəzər rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, AFFA-nın və Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə məhəllələrarası minifutbol idman növü üzrə yarış keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, məşqçi və təlimatçılar iştirak ediblər.
Çıxışlarda uşaqlar arasında keçirilən minifutbolun inkişaf perspektivlərindən danışılıb.
Sonda turnirin qalibləri diplom və medallarla təltif olunub.