Xəbərlər
Deputat Vətən müharibəsi qaziləri ilə görüşüb
Milli Məclisin deputatı Anar Məmmədov Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının inzibati binasında Goranboy rayonu və Naftalan şəhərindən olan qazilərlə görüş keçirib.
Görüşdə “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev və rayon ağsaqqalları da iştirak ediblər.
Görüş zamanı Anar Məmmədov qazilərin problemlərini dinləyərək, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıb.
Sonda çıxış edən qazilər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirib, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.