Xəbərlər
Mingəçevirdə şəhidin doğum günündə məzarı ziyarət olunub
Mingəçevir şəhərində Vətən müharibəsi şəhidi Məmişov Nurlan İlqar oğlunun doğum günündə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin şəhər şöbəsinin nümayəndələri Mingəçevir Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən söhbət açıblar.
Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Nurlan Məmişov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.