Xəbərlər
XİN: Azərbaycan Qazaxıstan ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir
Azərbaycan Qazaxıstan ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi tviter səhifəsində Qazaxıstan ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə edilən paylaşımda qeyd olunub.
“Bu gün Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Qazaxıstan Respublikası hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan ilə Qazaxıstan arasında strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik”, - deyə paylaşımda bildirilir.