YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səngəçal terminalından gündəlik orta hesabla 25,5 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac olunmuşdur

Cari ilin birinci rübündə Səngəçal terminalından gündəlik orta hesabla 25,5 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac olunmuşdur.

“bp-Azərbaycan” şirkətindən bildirmişlər ki, ilk 3 ayda

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təxminən 27,4 milyon standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İB-nin qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.

Birinci rübdə terminal 75 milyon barel neft (o cümlədən 65,2 milyon barel Bakı-Tbilisi-Ceyhan, 8,02 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu, 1,34 milyon barel dəmir yolu vasitəsilə və 0,44 milyon barel kondensat ixrac kəməri vasitəsilə) ixrac etmişdir.

 

DİGƏR Xəbərlər Arxiv