Xəbərlər
Nemət Pənahlı çoxdan ifşa olunub
“Butulka” üstündə qonşusunu bıçaqlayan, Şamaxıda suyunu kəsərək xuliqanlıq və bu səbəblərdən cinayət məsuliyyətinə cəlb edilən şəxsin – Nemət Pənahlının Qafqazın ən böyük partiyası haqqında fikirlər söyləməyə nə siyasi statusu, nə də ki, siyasi savadı çatır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deyib.
A.Süleymanov bildirib ki, Xalq cəbhəsi iqtidarının səriştəsizliyinin səbəblərindən də biri təsadüfi, cahil və savadsız şəxslərin komandada təmsil olunması idi: “Bu tip şəxslərindən biri də Nemət Pənahlı idi. O Nemət Pənahlı ki, Birinci Qarabağ müharibəsinin qızğın vaxtında Bakıda “kreslo” davası döyürdü. Həmçinin ovaxtkı iqtidarın “görkəmli” nümayəndəsi kimi xalq cəbhəsinə müxalif olan hər kəsə qarşı fiziki zorakılıq tətbiq edən qoçuların başçısı kimi tanınırdı. Və sonda AXCP-Müsavat cütlüyünün səristəsizliyinin ağır nəticəsini Azərbaycan dövləti və cəmiyyəti yaşadı. Nəhayətində isə xalq lazım olduqları siyasi qiyməti verərək onları tarixin arxivinə yolladı”.
“Xalq cəbhəsi ilə bərabər bir neçə xarici cəbhəyə çalışan Nemət Pənahlının əsl simasını elə öz düşərgədaşları çoxdan və daim ifşa ediblər. Əqidəsizliyinə görə Xalq cəbhəsindən qovulmuş Nemət Pənahlı Sovet dövründə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib. Sonradan isə bu şəxs Gəncə hadisələrinin təşkilatçılarından birinə çevrilib. Hətta o, sərhədlərin dəqiqləşdirilməsinə qarşı çıxır, Naxçıvanda əhalini qırğına sövq etmək istəyirdi. Nəticə etibarilə, xarici agenturaya çalışan Pənahlının arzusu baş tutmadı. Azərbaycan xalqı xoşbəxtdir ki, cəmiyyətimiz bu ünsürlərdən təmizlənib”, - deyə A.Süleymanov vurğulayıb.