YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Vyetnam biznes forumunda bu ölkənin iş adamları Azərbaycana dəvət edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində mayın 19-da Hanoyda Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir. 

Biznes forumda çıxış edən Vyetnamın sənaye və ticarət nazirinin müavini Nquyen Çam Tu tədbirin əhəmiyyətini vurğulayaraq son illərdə ölkəsində gedən iqtisadi artım dinamikasına nəzər saldı. Bildirildi ki, son bir neçə ildə Vyetnamda ümumi daxili məhsul 5,3 faiz artmış, inflyasiyanın səviyyəsi sabit saxlanılmışdır. Vyetnamın dünya ticarətinə uğurla inteqrasiya etdiyini deyən Nquyen Çam Tu ölkələrimiz arasında ticarət dövriyyəsinin 400 milyon dollar olduğunu, bu göstəricinin artırılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini bildirdi. O, Azərbaycan ilə Vyetnamın bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, qida sənayesi, xüsusilə də neft-qaz sənayesində əməkdaşlığının uğurlu olacağına əminliyini ifadə etdi.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forumda 50-dək azərbaycanlı iş adamının iştirak etdiyini deyərək qeyd etdi ki, hər iki ölkənin dövlət başçıları bu foruma böyük önəm verir. Şahin Mustafayev ölkələrimizin neft-qaz, kimya, maşınqayırma, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq qurmaları üçün potensial imkanların olduğunu vurğuladı. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətinə toxunan nazir Cənubi Qafqaz ilə əməkdaşlıqda Azərbaycanın Vyetnam üçün pəncərə rolunu oynayacağını bildirdi.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun direktoru Rüfət Məmmədov ölkə iqtisadiyyatı barədə məlumat verdi. O, qeyd etdi ki, son illərdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı mühüm tədbirlər görülür və qeyri-neft sektoru sürətlə inkişaf edir. R.Məmmədov xarici investisiyalar üçün Azərbaycanın əlverişli ölkə olduğunu deyərək Vyetnam iş adamlarını əməkdaşlığa çağırdı.

 

DİGƏR Xəbərlər Arxiv