Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya, bu ölkənin milli bayramı – Respublika günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan-Kamerun münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.”