Xəbərlər
Kahramanmaraş valisi: Türk milləti olaraq Qarabağ Zəfərindən qürur duyuruq

Türk milləti olaraq Qarabağ Zəfərindən qürur duyuruq. Haqq savaşında hər zaman Azərbaycanın yanında olduq. Azərbaycanın Türkiyənin Kahramanmaraş bölgəsi ilə əlaqələrinin yüksəlməsində çox maraqlıyıq.
Bu fikirləri Türkiyənin Kahramanmaraş Vilayətinin Kahramanmaraş valisi Ömər Faruk Coşkun bildirib.
Vali Ömər Faruk Coşkun deyib: “Azərbaycanla bütün münasibətlərə “Bir millət, iki dövlət!” baxışından yanaşırıq. Kahramanmaraş vilayəti böyük sənaye potensialına malikdir. İnanırıq ki, bu imkanlardan daha səmərəli istifadə edə biləcəyik.”