YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Faiq Həsənovun doğum günündə xatirəsi anılıb

Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Həsənov Faiq Hüseyn oğlunun doğum günündə xatirəsi anılıb.

Anım mərasimində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, sədr müavini Abbas Pənahov, İcra Hakimiyyəti Başçısının  birinci müavini Gülarə Verdiyeva və rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə əklil qoyub, ruhuna dualar oxuyublar.

Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılan Həsənov Faiq Cəbrayıl və Füzulinin rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, 2020-ci il oktyabrın 5-də Füzuli uğrunda gedən döyüşlər zamanı şücaət göstərərək qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsənov Faiq Hüseyn oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv