Xəbərlər
Milli Reytinq Agentliyinin yaradılması imkanları nəzərdən keçirilir

Azərbaycan Mərkəzi Bankı (AMB) Milli Reytinq Agentliyinin yaradılması imkanlarını nəzərdən keçirir və bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.