Xəbərlər
Sevinc Hüseynova: Zərifə xanım Əliyeva həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi
«Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən dəyərli ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olmuşdur». Bu fikri yap.org.az saytına YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, Zərifə xanım Əliyeva onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun sözlərinə görə, Zərifə xanımın insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi.
«Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub”. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın bütün fəaliyyəti, gördüyü işlər insan amilinə əsaslanırdı. O, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi»- deyə, S.Hüseynova qeyd edib.