YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir

Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı türkiyəli ilahiyyatçı Osman Nuri Topbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. O vurğulayıb ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ulu Öndər hər zaman dinə həssas yanaşıb. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yeni məscidlərin tikintisinə və tarixi-dini abidələrin bərpasına böyük diqqət ayırıb. Bu gün də Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə tarixi məscidlər bərpa olunur, yeni məscidlər inşa olunur. Bu yaxınlarda Qafqazın ən böyük məscidi olan Heydər məscidi istifadəyə verildi və bu, bütün Qafqaz müsəlmanları üçün mühüm hadisəyə çevrildi. Azərbaycan dövlətinin din siyasəti təkcə müsəlmanlar üçün deyil, digər dini konfessiya nümayəndələri üçün də eyni şərait yaradıb. Ölkəmizdə yeni sinaqoqlar, kilsələr tikilir və bərpa olunur.

Osman Nuri Topbaş qeyd edib ki, Azərbaycana səfəri zamanı ölkəmizin çox sürətlə inkişafının şahidi olub. İslamın maarifçilik və haqq dini olduğunu vurğulayan Osman Nuri Topbaş bu gün dindən siyasi məqsədlər üçün istifadə edildiyini və bunun çox acı nəticələrə gətirib çıxardığını bildirib. O, İslamın ədalət, sabitlik və səadət dini olduğunun dünyaya yenidən çatdırılmasının vacibliyini qeyd edib.