YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Berlində türk və Azərbaycan diasporunun izdihamlı yürüşü keçirilib

Almaniyanın paytaxtı Berlində qondarma erməni soyqırımı iddialarına qarşı izdihamlı yürüş-mitinq keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, 10 minə yaxın insanın iştirak etdiyi etiraz aksiyası Berlinin mərkəzi meydanı olan Uraniyaddan başlayıb və Brandenburq qapıları yanında sona çatıb.

Yürüş iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları, erməni terrorçularının qətlə yetirdiyi türk diplomatlarının fotolarını, türk və alman dillərində “ASALA dinc insanları qətlə yetirib”, “Tarixdən düşmənçilik yaratmayın”, “Soyqırımı məsələsi parlamentdə müzakirə edilməz” sözləri yazılmış plakatlar tutublar.

Aksiya iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair şüarlar səsləndirib, əsl soyqırımı aktının ermənilərə qarşı deyil, məhz türklərə qarşı həyata keçirildiyini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Almaniyanın bir çox şəhərlərində fəaliyyət göstərən türk federasiyalarının təşkilatçılığı ilə keçirilən etiraz aksiyasına bu ölkədəki Azərbaycan diasporu da dəstək verib.