Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.”