YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatı tərəfindən “Postmünaqişə dövründə sülh və quruculuq” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən “Postmünaqişə dövründə sülh və quruculuq” mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu və yaradıcısı ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını “Müqəddəs Qurban Bayramı” münasibətilə təbrik etdikdən sonra giriş nitqi söyləyib, ümummilli lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi müstəqil Azərbaycan Respublikasının son 30 ildəki inkişafı, Heydər Əliyev nurundan yaranmış Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açıb və bu gün ölkəmizə layiqincə rəhbərlik edən qəhrəman xalqımızın qalib sərkərdəsi Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışıb.

Göygöl rayonundan seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP İdarə heyətinin üzvü, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu “Postmünaqişə dövründə sülh və quruculuq” mövzusunda geniş məruzə ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin sözün əsil mənasında ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin inkişafına həsr etdiyini vurğulayaraq, ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin həyatımızın bütün sahələrini əhatə etdiyini, daim yeni-yeni uğurlara imza atıldığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün vacib hədəflərin müəyyən olunduğu bildirib. Əsas hədəflərdən biri də işğaldan azad olunmuş torpaqlarımızda aparılan sürətli bərpa-quruculuq işləri və həmin torpaqlara vətəndaşlarımızın “Böyük Qayıdışı”nın olduğunu vurğulayan Elşad Mirbəşiroğlu ölkəmizin daim sülh tərəfdarı olduğunu qeyd edib.

Digər çıxış edənlərdən partiya veteranı Adil Qarayev, ərazi partiya təşkilat sədrlərindən Nuranə Quliyeva, Mahir Hacıyev, Mətləb Hüseynov və QƏQİB-in rayon şöbəsinin sədri Araz Abbasov ulu öndər Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.